Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

5 mart-Bədən Tərbiyəsi və idman Günü münasibətilə tədbir keçirildi

04 mart 2022 | 16:00

4 mart 2022-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında 5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonun idman ictimaiyyəti nümayəndələri ilə görüş keçirildi. Тədbiri giriş sözü ilə açan Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov tədbir iştirakçılarını salamlayaraq  bildirdi ki, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə təsis edilib. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev idman mütəxxəsislərini və idmançıları bayram münasibətilə təbrik edərək  bədən tərbiyəsi və idman Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən birini təşkil etdiyini bildirdi. Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycan son 20 ildə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. C.Baxşıyev rayon idmançılarının qazandıqları uğurlardan söz açaraq oanlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra məşqçi müəllimlərdən Elvin Mirzəyev, Fəttah Hökmiyev, Atamalı Kərimov idmançılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Sonda rayonda bədən tərbiyəsi və idmanın təbliğində göstərdikləri fəallığa görə bir qrup idman ictimaiyyəti nümayəndəsi Lerik rayon Gənclər və idman İdarəsinin fəxri fərmanları ilə mükafatlandırıldılar.

Keçidlər