Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ambu kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

03 mart 2022 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev 03 mart 2022-ci il tarixdə rayonun Ambu kəndində vətəndaşlarla səyyar qəbul keçirdi.
Qəbulda C.Baxşıyev çıxış edərək Vətən mübaribəsində ordumuzun şanlı qələbəsi, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması,  cənab Prezident tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqları və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından və eyni zamanda müxtəlif dövlət təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi. 
Bu gün ölkəmizdə reallaşdırılan uğurlu iqtisadi islahatlar rayonumuzun da inkişafına ciddi təsir göstərmişdir. Son 18 il ərzində ölkəmizin digər rayonları kimi, Lerik rayonu da günü-gündən çiçəklənir, abadlaşır. Blaband kənd ərazi icra nümayəndəliyinə daxil olan kəndlərin hamısının qazlaşdırılması, ərazinin kəndara yollarının əsalı təmir edilməsi, yeni məktəb binalarının, həkim məntəqələrinin tikintisi  cənab Prezidentin rayonumuza, həmçinin hər bir kəndə diqqət və qayğısının bariz nümunəsidir.
Sonra natiq "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" nin, və “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” nin əhəmiyyəti barədə danışaraq, imzalanmış Bəyannamələrin dövlətimizin təhlükəsizliyinin bundan sonra da qorunub saxlanması üçün vacib olduğunu diqqətə çatdırdı .
Qəbulda 8 vətəndaş dinlənildi. Vətəndaşlar ərazinin kəndlərini içməli su probleminin həllinə, Blaband kənd məktəbinin əsaslı təmirinə, Lüləkəran kənd məktəbi üçün yeni binanın tikintisinə, Lüləkəran kəndinin internet şəbəkəsinə qoşulmasına, ərazidə elektrik xətlərinin təmirinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Qəbul zamanı qaldırılmış məsələlərdən 1-i yerində həll edildi, 2-nin Dövlət Proqramında icrasının nəzərdə tutulduğu bildirildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər