Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik rayonunun Çayrud, Xəlifəkənd, Tatoni, Mistan, Pirzora və Digovdərə kəndlərinə təbii qazın verilməsi ilə əlaqədar Çayrud kəndində açılış mərasimi keçirilmişdir

07 may 2013 | 15:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə ərəfəsində mayın 6-da Lerik rayonunun Çayrud, Xəlifəkənd, Tatoni, Mistan, Pirzora və Digovdərə kəndlərinə təbii qazın verilməsi ilə əlaqədar Çayrud kəndində açılış mərasimi keçirilmişdir.
     Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, “Azəriqaz” İstehsalat Birliyinin tikinti departamentinin rəis müavini Kamran Cəfərov, ictimaiyyət nümayəndələri, kənd ağsaqqaları iştirak etmişlər.
     Mərasimi giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyəti başçısının Çayrud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanlar Həmidov açaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə ərəfəsində kəndlərə qaz xəttinin çəkilişinin başa çatdırılması və əhalinin istifadəyə verilməsi kənd əhalisinin böyük sevincinə səbəb olmuşdur.
     Açılış mərasimində çıxış edən kənd ağsaqqalları kəndlərin təbii qazla təchiz olunmasını ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının uğuru kimi qiymətləndirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
     “Azəriqaz” İstehsalat Birliyinin tikinti departamentinin rəis müavini Kamran Cəfərov bildirmişdir ki, hazırda respublikanın şəhər və rayonlarının 95 faizi təbii qazla təchiz edilmişdir. Ucqar dağ kəndlərinə də qaz xətlərinin çəkilişi respublikamınızın iqtisadi inkişafının yüksək səviyyədə olmasının göstəricisidir. Qeyd olunmuşdur ki, Çayrud kəndi üzrə 382, Mistan kəndi üzrə 42, Digovdərə kəndi üzrə 9, Pirzora kəndi üzrə 8, Xəlifəkənd kəndi üzrə 9, Tatoni kəndi üzrə 10 abonenti kəndlərin qazlaşdırılması üçün ümumilikdə 31266,4 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, sayğaclar və fərdi tənzimləyicilər quraşdırılmışdır.
      Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  diqqəti və qayğısı ilə 2006-cı ildən başlayaraq rayona qaz xətləri çəkilir. İlk növbədə Lerik şəhəri tam qazlaşdırılmış, bu istiqamətdə görülən işlər ayrı-ayrı kəndlərdə də davam etdirilmişdir. Artıq rayonun 20 kəndi tamamilə qazlaşdırılmışdır. Bu da kənd əhalisinin sevincinə səbəb olmuşdur. Rayon icra hakimiyyətinin başçısı bütün bunlara görə rayon ictimaiyyəti adından Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
      Sonda rəmzi açılışı bildirən məşəl alovlandırıldı.
 

Keçidlər