Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısı yanında qərargahın onlayn iclası keçirildi

13 yanvar 2022 | 16:00

13 yanvar 2022-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında ev təsərrüfatlarının uçotu işinin mütəşəkkil qaydada aparılması məqsədilə yaradılmış qərargah üzvlərinin iştirakı ilə onlayn iclas keçirildi.
İclasda qərargah üzvləri ev təsərrüfatlarının uçotu işinin hazırlıq mərhələsi və gedişi ilə bağlı ərazilərdə mövcud vəziyyəti müzakirə etdilər, qarşıya çıxan sualları cavablandırdılar, işlərin vaxtında başa çatdırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirməsinin vacibliyini bildirdilər.
Diskusiya formatında davam edən iclasda ərazi icra nümayəndəliklərinin əməkdaşlarına təsərrüfatbaşına uçot kitablarının doldurulması və Dövlət Statistika Komitəsinin elektron informasiya sisteminə müvafiq məlumatların daxil edilməsi qaydaları bir daha izah edildi.

Keçidlər