Lerik Rayon İcra Hakimiyyətində 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə bir qrup əlillə görüş keçirildi.
03 dekabr 2021-ci il tarixində Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə həm birinci Qarabağ, həm də Vətən müharibəsində qazi olmuş müharibə iştirakçıları ilə görüş keçirdi.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev 3 Dekabr - Beynəlxalq Əlillər Gününün Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da geniş şəkildə qeyd olunduğunu vurğulayaraq, əlillərə daim dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd etdi. Möhtərəm Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirdiyini bildirdi.
Ötən il 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi, bu möhtəşəm qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərildi. Əlilliyi olan şəxslər üçün cənab Prezidentin tapşırığına əsasən hər cür şərait yaradılmış, onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərilmişdir. Qarabağ müharibəsi əlilləri, Çernobıl əlilləri, Böyük Vətən müharibəsi əlilləri, habelə digər kateqoriyadan olan əlillərlə mütəmadi görüşlər keçirilir, onların problemlərinin həllinə diqqət yetirilir. Bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Tədbirdə iştirak edən Qarabağ müharibəsi əlilləri çıxış edərək ölkədə əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirildiyi, dövlət tərəfindən hər zaman onların diqqət mərkəzində saxlanıldığı vurğulandı. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.