Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Zəfər parkı” memorial abidə kompleksinin açılışı oldu

14 noyabr 2021 | 16:00

14 noyabr 2021-ci il tarixdə Peştətük kəndində şəhidlərin xatirəsinə inşa olunmuş “Zəfər parkı” memorial abidə kompleksinin açılış mərasimi keçirildi.
Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanları rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Öncə “Zəfər parkı” memorial abidə kompleksinin rəsmi açılışını bildirən lent kəsildi, şəhidlərin xatirəsi ehtiramla yad edildi, əklil və tər gül-çiçək dəstələri  qoyuldu.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə aparıcı Eldost Ağaverdiyev 44 günlük Vətən Müharibəsində iştirak edən Leriklilər barədə geniş məlumat verərək, onların göstərdiyi şücaətləri qeyd etdi. 44 günlük Vətən Müharibəsində şəhid olmuş leriklilərin xatirəsinə ucaldılan “Zəfər parkı” memorial abidə kompleksinin ərsəyə gəlməsində göstərilən köməyə görə rayon rəhbərliyinə, rayonda olan imkanlı iş adamların və Vizəzəmin əhalisinə minnətdarlığını bildirdi.
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev çıxış edərək bildirdi ki, bu gün Vətən müharibəsində qazandığımız Şanlı Qələbənin təcəssümü olan Zəfər gününün birinci ildönümünü iftixar hissi ilə qeyd etdik. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi  ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsidir, Azərbaycan xalqının qürur mənbəyidir. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bütün dünya Azərbaycan xalqının, dövlətinin hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. Düzdür, Bu Qələbə heç də asan başa gəlmədi. Lerik rayonu 46, ölkəmiz isə 3000-ə yaxın şəhid Verdi. Amma torpaqlarımızı azad etdik. Mən bütün şəhid valideynlərinin qarşısında baş əyirəm. Onlara sonsuz məhəbbət və ehtiramımı bildirirəm.
Sonra mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov, SHXÇDX-nin Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov, şəhid ataları Ağaverdi Ağayev, Tahir Mövlanov və Qəhrəman Həşimov, şəhid qardaşı Namiq Musayev çıxış edərək şəhidlərin adının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər, abidənin inşasının təşkilatçılarına və bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə etdilər.
Mərasimdə məktəblilərin ifasında şeirlər səsləndirildi, qəzəlxan şair Valeh Lerikli vətənpərvərlik mövzusunda mahnı ifa etdi.
Sonda dövlət başçısının sərəncamı ilə ölümündən sonra təltif edilmiş şəhid Balaş Fərziyev və Ceyhun Səfərovun medalları ailə üzvlərinə təqdim olundu.

Keçidlər