Şəhidlərimizin anım mərasimi keçirildi
30 oktyabr 2021-ci il tarixində 44 günlük Vətən müharibəsinin şəhidlərindən, Lerik şəhərində Əsədullayev Elnur İmran oğlunun, Biləvər kəndində Azadlı Zabil Tələt oğlunun, Orand kəndində Abdulov İdrət İbi oğlunun və Binəqədi rayonu, Sulutəpə qəsəbəsində Dövlətli İsgəndər Vüqar oğlunun anım mərasimləri keçirildi.
Anım mərasimlərində Lerik Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edərək, üzərinə gül-çiçək düzdülər, şəhidlərimizin əziz xatirələrini böyük hörmət və ehtiramla yad etdilər. Daha sonra şəhid ailələrini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlandılar.