Üç şəhidimizin anım mərasimi keçirildi
29 oktyabr 2021-ci il tarixində 44 günlük Vətən müharibəsinin şəhidlərindən, Lerik şəhərində Mövlanav Altay Tahir oğlunun, Soru kəndində Abbasov Murtuz Çingiz oğlunun və Ləkər kəndində Talıbov Təbriz Məhərrəməli oğlunun anım mərasimləri keçirildi.
Anım mərasimlərində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edərək, önünə gül-çiçək düzdülər, şəhidlərimizin əziz xatirələrini böyük hörmət və ehtiramla yad etdilər. Daha sonra şəhid ailələrini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlandılar.