Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətən müharibəsi şəhidi kapitan Cavadov Cəlil Ağaddin oğlunun şəhid olmasının ildönümü mərasimi keçirildi

28 oktyabr 2021 | 16:00

Oktyabrın 27-də Vətən müharibəsi şəhidi kapitan Cavadov Cəlil Ağaddin oğlunun şəhid olmasının ildönümü mərasimi keçirildi.
Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Öncə mərasim iştirakçıları şəhidin məzarını ziyarət etdilər, məzarın önünə tər gül-çiçəklər düzərək əziz xatirəsini böyük hörmət və ehtiramlarını bildirdilər.
Daha sonra Şəhid kapitan Cavadov Cəlil Ağaddin oğlunun və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış bulaq və şəhidlər abidə kompleksinin açılışı oldu.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimi Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani açaraq 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, Vətən müharibəsində qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını vurğuladı.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev çıxış edərək bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi həmişə ehtiramla yad edilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur.
Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirdilər və öz qanları bahasına Vətən torpaqlarını azad etdilər. Möhtəşəm qələbənin əldə edilməsində leriklilərin də imzası vardır. Şəhid kapitan Cavadov Cəlil Ağaddin oğlu da belə qəhrəman oğullarımızdan biridir. Şəhidlərimizin qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün daim bir örnək olacaqdır.
Tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov, şəhid ailə üzvləri, şəhidin döyüş yoldaşları və  digərləri çıxış edərək şəhidlərə göstərilən ehtirama, şəhid ailələrinə, qazi və Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya  səmimi minnətdarlıqlarını bildirdilər.
Sonda Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təltif olunmuş şəhidlərin medalları onların ailə üzvlərinə təqdim edildi.

Keçidlər