Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun adına yaradılmış parkın açılışı oldu

10 sentyabr 2021 | 16:00

10 sentyabr  2021-ci il tarixdə Lerik şəhərində Vətən müharibəsi qəhrəmanı mayor Amid Rəbbil oğlu Heydərovun xatirəsinə yaradılmış parkın, şərəfinə ucaldılmış büstün və bulaq kompleksinin açılışı oldu.
Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
İlk öncə dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə şəhidin büstü qarşısında Lerik Rayon İcra Hakimiyyəti adından, Milli Məclis adından əklil və gül-çiçək dəstələri qoyuldu.
Müzəffər Azərbaycan Ordusunun işğalçı düşmən üzərində zəfər soraqlı qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərdən biri də mayor Amid Heydərov olub. Azərbaycan Ordusunun mayoru olan Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Heydərov ölümündən sonra o, Vətən Müharibəsi Qəhrəmanı" medalı, "Vətən uğrunda" medalı və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev qeyd etdi ki, səfərbərlik elan olduğu zaman Lerik rayonundan olan yüzlərlə gənc xidmətə müraciət edərək döyüşə hazır olduğunu bəyan edərək ordu sıralarına qatıldı. Onlardan 46 nəfər Vətən uğrunda döyüşlərdə şəhidlik zivəsinə ucaldı. Rayonumun şəhid və qazilərinin Vətən qarşısında xidmətləri dövlətimiz və xalqımız tərəfindən  yüksək dəyərləndirilir. Rayonda şəhid və qazilərə yüksək ehtiramın göstərildiyini diqqətə çatdıran natiq Vətən müharibəsində qanları ilə Vətən tarixinə şanlı səhifələr yazmış şəhidlərin heç vaxt unutmayacağını, xatirələrinin daim əziz tutulacağını bildirib. Leriklilər torpaqlarımızın azad olunmasında göstərdikləri əvəzsiz xidmətlərinə görə ordumuzla qürur duyduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Milli Məclisin deputatı İqbal Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Arif Həsənov  44 günlük Vətən Müharibəsində silahlı qüvvələrimizin əsgər və zabitlərinin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz şücaət göstərdiklərini, 44 gün ərzində canları, qanları bahasına 30 illik işğala son qoyduqlarını və torpaqlarımızı azad etdiklərini söyləyidilər.
Mərasimdə çıxış edən şəhidin ailə üzvləri, şəhidin döyüş yoldaşları, digər natiqlər şəhid adına göstərilən ehtirama, davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya  səmimi minnətdarlıqlarını bildirdilər.

Keçidlər