Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevin Çayrud kənd sakinləri ilə görüşü keçirildi

26 avqust 2021 | 16:00

25 avqust 2021-ci il tarixdə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevin karantin qaydalarının tələblərinə uyğun açıq havada Çayrud kəndinin mərkəzində yerləşən parkda kənd sakinləri ilə görüşü keçirildi. Görüşdə kənd sakinləri tərəfindən qaldırılan problem və təkliflər dinlənildi.
Eyni zamanda C.Baxşıyev Çayrud kəndində yaradılmış icmanın təşəbbüsü, kənd sakinləri və ziyalıların dəstəyi ilə Böyük Vətən müharibəsində həlak olmuş və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş leriklilərin xatirəsinə ucaldılan abidə kompleksi ilə tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir.
Kənd sakinləri və ağsaqqallar tikintinin aparılmasında verdiyi dəstəyə, kəndin problemləri ilə bağlı qaldırılan məsələlərə operativ şəkildə göstərdiyi diqqət və qayğıya görə  ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər