Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon ərazisində dizinfeksiya işləri davam etdirilir

13 avqust 2021 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Lerik rayonunda təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir. 13 avqust 2021-ci il tarixində Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq Lerik şəhərində çoxmənzilli yaşayış binalarının həyətləri və pilləkən qəfəslərində, Arzuman Əsədullayev, Camal Şahiyev, Hacı Heydər, Həmid Həmidov və digər küçələrində, idarə və müəssisələrin inzibati binalarında, uşaq bağçaları, təhsil müəssisələrində, məscidlərdə koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiya işləri aparılmışdır.
Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qərargahın iclasları mütəmadi olaraq onlayn qaydada keçirir, mövcud vəziyyət təhlil edilir, rayon icra hakimiyyəti başçısı yanında qərargahın üzvlərinin və ərazi icra nümayəndəliklərində yaradılmış mobil qrupların fəaliyyəti daim nəzarətdə saxlanılır, yoluxma hallarının qarşısının alınması üçün zəruri operativ tədbirlərin həyata keçirilir.
Əhali arasında peyvəndləmə işləri ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır. Əhalinin peyvəndə cəlb edilməsi daim nəzarətdə saxlanılır.  
Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə rayon icra hakimiyyəti başçısı aparatında, iri idarə, müəssisə və təşkilatlarında xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi üçün müvəkkil şəxslər müəyyən edilmişdir. Eyni zamanda qərargah üzvləri tərəfindən rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə ticarət və iaşə obyektlərinə, idarə və müəssisələrə reydlər təşkil edilmiş, xüsusi karantin rejimi qaydalarına riayət olunmasına nəzarət artırılmışdır. Reydlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan hüquqi və fiziki şəxslər, vətəndaşlar cərimə edilmiş, ticarət və iaşə obyekti sahiblərinə, idarə rəhbərlərinə xəbərdarlıqlar edilmişdir.
Bütün yaşayış məntəqələrində dəfn mərasimlərində kütləvi toplanmanın, yas mərasimlərinin keçirilməsinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilir.
Lerik Rayon İcra Hakimiyyəti tərəfindən ölkədə koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi rejimin qaydalarına əməl edilir və rayon ərazisində icrası tam olaraq nəzarətdə saxlanılır.

Keçidlər