Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik şəhərində şəhid Elgün və Altay Mövlanov qardaşlarının xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu

05 avqust 2021 | 16:00

05 avqust 2021-ci il tarixində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış, xalqımızın hər zaman fəxrlə andığı şəhid oğulları Elgün və Altay Mövlanov qardaşlarının əziz  xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu. Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Öncə tədbir iştirakçıları şəhidin məzarını ziyarət etdi və önünə tər gül-çiçəklər düzdülər. Bulaq kompleksinin önündə davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və bulaq kompleksinin önünə əklil və tər gül-çiçəklər  düzüldü.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev ötən il Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini bildirdi. Bildirdi ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər.  Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir.
Daha sonra Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı 2020-ci il 25 dekabr tarixli, 2362 nömrəli Sərəncamına əsasən  Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik şəhərində anadan olan şəhid Altay Tahir oğlu Mövlanov ölümündən sonra "Fizulinin azad olunmasına görə" medalı şəhid atası  Tahir  Mövlanova  təqdim edildi.
Açılış mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon Şöbəsinin rəisi cənab Arif Həsənov, Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun atası Rəbbil Heydərov, Vətən Müharibəsi İştirakçısı Nəbi Əhədov, şəhər 2 saylı məktəbin müəllimi Hacırza Quliyev, şəhid Elgün və Altay qardaşlarının atası Tahir Mövlanov, anası Sevda Mövlanova və əmisi Mahir Mövlanov  çıxış edərək  şəhidlərin qısa, lakin şərəfli həyat yolundan, Vətən Müharibəsində göstərdikləri şücaətlərindən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan  danışaraq, onlara öz minnətdarlıqlarını bildirdilər.
Sonda məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

Keçidlər