Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“8 Noyabr - Zəfər Günü” münasibətilə ümumrayon tədbiri keçirilib

08 noyabr 2024 | 14:43

Xalqımızın tarixində çox əlamətdar olan “8 noyabr Zəfər Günü” münasibəti ilə Lerik şəhərində ümumrayon tədbiri və konsert proqramı keçirilib.

Tədbirlərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində qələbəmizə həsr olunmuş “Zəfər dastanı” adlı sərgiyə baxış keçiriblər.

Lerik Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı cənab Əkbər Abbasov çıxış edərək “8 Noyabr-Zəfər Günü”nün Azərbaycan tarixinin qızıl səhifəsi, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanı olduğunu bildirib. 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsini ordumuzun rəşadət və hünərini bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb.

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Amid Heydərovun atası Rəbbil Heydərov, Vətən müharibəsi iştirakçısı Raqil Bayramov və digərləri çıxış edərək bayram münasibəti ilə təbriklərini çatdırıblar.

Daha sonra tədbir rayon mədəniyyət mərkəzinin musiqi kollektivinin iştirakı ilə möhtəşəm konsert proqramı ilə davam etdirilib.

Keçidlər