8 Noyabr – Zəfər Günü ilə əlaqədar rayon məktəbliləri arasında şahmat turnirinə start verilib
02 noyabr 2022 | 19:03
02 noyabr 2022-ci il tarixində Lerik Rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar rayon məktəbliləri arasında şahmat turnirinə start verilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov turnirin gedişatını izləyib və iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, turnirdə 8-10, 11-14 və 15-16 yaş qrupları üzrə 70 nəfər rayon məktəblisi iştirak edir və turnir 04 noyabr 2022-ci il tarixinə kimi davam edəcəkdir.