Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib

07 mart 2023 | 17:02

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal olan qadınlarla və şəhid anaları ilə rayon icra hakimiyyəti başçısının görüşü keçirilib.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov başda şəhid anaları olmaqla xanımları 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara ən xoş arzularını ifadə edib. Bildirib ki, Azərbaycan qadını respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayır.  Qadınlarımız öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərirlər.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gender siyasəti nəticəsində qadınlara ictimai həyatın bütün sferalarında bərabər imkanlar yaradılıb və onlar ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak edirlər.

Görüşdə rayon icra hakimiyyətinin başçısı müasir qadının real obrazını yaradan birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızın inkişafındakı və əhalinin sosial problemlərinin həllindəki xidmətlərindən söhbət açıb.

Sonra rayonumuzda da müxtəlif təşkilatlarda, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında qadınların uğurla fəaliyyət göstərdiyini, onlardan bir neçəsinin cənab Prezident tərəfindən fəxri adlara, dövlət təltiflərinə layiq görüldüyünü qeyd edib.

Təbrik nitqi söyləyən digər iştirakçılar da ölkənin, o cümlədən rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların rollarının yüksək qiymətləndirilməsinə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim edilib.

Keçidlər