Polis orqanlarının peşə bayramı qeyd edildi
02 iyul 2021- ci il tarixində polis orqanlarının peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir karantin qaydalarının tələblərinə uyğun olaraq rayon polis şöbəsində davam etdirildi.
Tədbiri giriş sözü ilə rayon polis şöbəsinin rəisi, polis polkovniki Ayaz Cəfərov açaraq polis orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən polis orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğını diqqətə çatdırdı, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini qeyd etdi. Gündən-günə inkişaf edən respublikamızda ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polisin göstərdiyi xidmətlərdən danışdı.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı İqbal Məmmədov və rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev polis əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik etdilər, çətin və şərəfli peşələrində uğurlar arzuladılar.
Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına rayon icra hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələr təqdim edildi.