Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Aqrar sahənin inkişafında Heydər Əliyev fenomeni” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

04 may 2013 | 15:00

Heydər Əliyev Mərkəzində Rayon Baytarlıq İdarəsi kollektivinin və Lerik Rayon İcra Hakimiyyətinin məsul işçisi Vüqar Mirzəyevin iştirakı ilə 03 may 2013-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Aqrar sahənin inkişafında Heydər Əliyev fenomeni” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
      Konfransda baytarlıq idarəsinin rəisi Güləmirzə Tağıyev “Aqrar sahənin inkişafında Heydər Əliyev fenomeni” mövzusunda məruzə edərək Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti, aqrar sahənin inkişafindakı rolu haqqında geniş məlumat verdi.
      Rayon icra hakimiyyətinin  məsul işçisi V.Mirzəyev, Livdirqə sahə baytarlıq məntəqəsinin müdiri Z.Əhmədov, Çayrud sahə baytar məntəqəsinin müdiri A.Bəhmənov məruzə ətrafında çıxışlar etmişlər.
 

Keçidlər