Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirildi

14 iyun 2021 | 16:00

Tədbir iştirakçıları öncə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə tər gül-çiçəklər düzdülər.
Sonra tədbir rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin və ərazi icra nümayəndələrinin iştirakı ilə videoformatda davam etdirildi.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. Bildirdi ki, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olmuşdur. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir.
1993-cü ildə ölkə həyatının bütün sahələrini bürümüş anarxiya, xaos, kəskin ictimai narazılıqlar son həddinə çatmışdı. Bu dövrdə respublikada separatçılıq meylləri tüğyan edir, bunun nəticəsi kimi Azərbaycan yeni ərazi itkilərinə məruz qalırdı.
Bu həlledici mərhələdə xalqın istəyi və tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşdi və bununla Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli, daha əzəmətli mərhələsinə qədəm qoydu. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi addımlamasına əsaslı təminat yaratdı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı yönələn təxribatların qarşısını məharətlə almaqla yanaşı, həm də dövlət quruculuğunu möhkəmlətmək və inkişaf etdirmək işinə rəhbərlik edir, bu sahədə qarşıya çıxan maneələrin aradan qaldırılmasında böyük məharət və bacarıq göstərirdi.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Ötən illərə nəzər salaraq tam qətiyyətlə demək olar ki, cənab İlham Əliyev ulu öndərin ideyalarını böyük əzmkarlıqla həyata keçirir. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi, müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada ölkəmizin nüfuzu daha da artır.
Sonra C.Baxşıyev çıxışında “Dəmir yumruq” əməliyyatı ilə qazanılan tarixi zəfərdə milli qurtuluş günündən başlanan tarixi dönüşü,  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini, dövlətimizin siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə, eyni zamanda xarici siyasətdə uğurlarını və xalq-iqtidar birliyini diqqətə çatdırdı.
Tədbirdə rayon ağsaqqallar şurasının sədri Elxan Qənbərov, tarixçi Hüseynbala Əliyev, Rəsm qalereyasının direktoru, şəhid atası Mükafat Yaqubov, Vətən müharibəsi iştirakçısı, müəllim Şamo İbadov çıxış edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. O dövrdə respublikada cərəyan edən hadisələr haqqında ətraflı məlumat verdilər.

Keçidlər