11 iyun 2021-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyəti yanında ictimai şuraya seçkilər keçirildi
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Lerik Rayon İcra Hakimiyyəti yanında ictimai şuraya seçkilərin təşkil edilməsi məqsədilə Lerik Rayon İcra Hakimiyyəti başçısının 2020-ci il 5 oktyabr tarixli 144 nömrəli sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti yanında ictimai şuraya seçkilərin təşkili üçün rayon icra hakimiyyətinin və rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət seçki komissiyası yaradılmışdır.
Lerik Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərəcək ictimai şuranın üzvlərinin say həddi seçki komissiyası tərəfindən 9 üzvdən ibarət tərkibdə müəyyən edilmişdir.
İctimai şuraya üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 13 nümayəndəsi namizəd kimi qeydə alınmışdır.
İctimai şuranın üzvlərinin seçilməsi üçün vətəndaş cəmiyyəti institutlarının birgə yığıncağında iştirak etmək üçün vətəndaş cəmiyyəti institutları tərəfindən təqdim olunmuş 30 nəfər təmsilçi qeydiyyata alınmışdır.
Vətəndaş cəmiyyəti institutlarının 2021-ci il iyunun 11-də keçirilmiş birgə yığıncağında vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən 28 nəfər seçici iştirak etmişdir.
Qutudan çıxmış bütün bülletenlər seçki komissiyasının üzvləri tərəfindən yoxlanılmış və 27 bülleten etibarlı,1 bülleten etibarsız hesab edilmişdir.
Seçkilər nəticəsində ən çox səs toplamış 9 namizəd eyni zamanda birgə yığıncaqda iştirak edənlərin yarıdan çoxunun səsini topladığına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.9-cu bəndinə əsasən, Lerik Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın tərkibinə seçilmiş hesab olunmuşdur.
Lerik Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın tərkibinə seçilmiş şəxslər:
1. Abbasov Cəlil Elman oğlu Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Lerik rayon komitəsi
2. Məlikov Veysəl Müseyib oğlu Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialı
3. Zülfiyev İlham Mirzağa oğlu “Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyətinin Lerik rayon şurası
4. Mirzəyev Ramil Aslan oğlu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lerik rayon bölməsi
5. Bəşirov Hidayət Yusubəli oğlu Respublika Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lerik rayon şöbəsi
6. Fətullayeva Dilara Haşım qızı Azərbaycan Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqının Lerik rayon komitəsi
7. Qənbərov Elxan Mehti oğlu Lerik Rayon Ağsaqqallar Şurası
8. Məmmədov İsmayıl Sərxoş oğlu “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Lerik rayon şöbəsi
9. Salayev Ələkbər Alixan oğlu Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Lerik rayon komitəsi