Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları Lerikdə

18 may 2021 | 16:00

18 may 2021-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları Peter Kaufman və Randy Dunnig Lerik rayonuna səfərdə olmuşdur.
Səfər çərçivəsində səfirliyinin əməkdaşları Peter Kaufman və Randy Dunnigin Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevlə görüşü keçirildi.
Çay süfrəsi arxasında davam edən görüşdə rayon icra hakimiyyəti başçısının birinci müavini qonaqlara rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verərək, aqrar bölmənin dirçəldilməsi üçün həyata keçirilən tədbirləri qeyd etdi, rayonun turizm potensialı və  son illərdə görülmüş tikinti-quruculuq işlərini diqqətə çatdırdı. Rayon icra hakimiyyətinin səfirliklə əvvəlki illərdə mövcud qarşılıqlı əlaqələrindən söhbət açdı. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Sosial-iqtisadi İnkişaf Fəaliyyəti” proqramı (SEDA) çərçivəsində rayonda bir sıra işlərin görüldüyünü, proqram çərçivəsində rayonda daha bir mühüm layihənin, Qosmalıan kənd tam orta məktəbi üçün yeni binanın tikintisinin əhəmiyyətini qeyd etdi.
Sonda rayon icra hakimiyyəti adından qonağa hədiyyələr təqdim edildi.

Keçidlər