Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

02 may 2013 | 15:00

Lerik rayon mədəniyyət işçiləri 01 may 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə elmi-praktik konfrans keçirmişlər.
      Konfransı giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açmışdır.
      Lerik Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Aqil Sucayev “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Tərxan Feyziyev “Heydər Əliyev və Azərbaycanda kitabxana quruculuğu işi” mövzularında məruzə etmişlər.
      Lerik “Uzunömürlülər” muzeyinin direktoru Dilarə Fətullayeva, YAP Lerik Rayon Təşkilatının sədr müavini Elman Rəcəbovun çıxışları dinlənilmişdir..
      Mərkəzi Kitabxana Sisteminin işçiləri Arzu Əzizova və Sevinc Babayevanın, fəal oxucu Valid Məmmədovun və məktəblilərin ifasında Ulu Öndərə həsr olunmuş seirlər səslənmişdir.
      Sonda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilmişdir.
 

Keçidlər