Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü təntənə ilə qeyd edildi
Azərbaycan Xalqının Ümummilli Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Ulu Öndərin mərkəzi meydandakı abidəsi önündə böyük izdiham vardı.
Öncə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar pandemiya qaydalarını gözləməklə ulu öndərin abidəsini ziyarət etdilər, abidənin önünə tər gül-çiçəklər düzdülər.
Sonra pandemiya qaydaları gözlənilməklə gün ərzində rayon sakinləri tərəfindən xalqımızın dahi oğlu Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önündə gül-çiçək düzülərək xatirəsi ehtiramla yad edilmişdir.