Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuranın növbəti onlayn iclası keçirildi

21 aprel 2021 | 16:00

21 aprel 2021-ci il tarixində rayon icra hakimiyyəti başçısı yanında Şuranın növbəti onlayn iclası keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamladı və Şura iclasının gündəliyində duran məsələ barədə məlumat verdi.
Gündəlikdəki məsələ ilə bağlı Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramovun “Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinin, vətəndaş müraciətlərinə baxılması və sənədlərlə işin Çayrud, Kirəvud, Livədirqə və Monidigah kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliklərində yerinə yetirilməsi vəziyyəti barədə” arayışı dinlənildi.
Şura iclasında Mondigah ərazi icra nümayəndəsi Sulduz Abdullayev və Çayrud ərazi icra nümayəndəsi İlkin Hüseynov videoformatda çıxış etdilər, arayışda qeyd olunmuş nöqsanları etiraf edərək qısa zamanda aradan qaldıracaqlarını bildirdilər.
Müzakirə olunan məsələ ilə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.
Sonda rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Şura iclasının gündəliyinə daxil edilmiş məsələ ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə, ərazi icra nümayəndələrinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Əlavə olaraq bildirdi ki, respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir. Bundan sonra da bu işlərdə əhali arasında maarifləndirmə işini artırmalı, əhalinin onlayn növbə götürmələrinə, peyvənd olunmaq üçün məntəqələrə gəlmələrinə köməklik göstərilməlidir. Eyni zamanda ərazilərdə karantin rejiminə əməl olunmasına diqqət artırılmalı, kütləvi tədbirlərin qarşısı alınmalı, əhalinin tibbi maskalardan istifadəsinə nəzarət gücləndirilməlidir.

Keçidlər