Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid ailələri və qazilərlə görüş keçirildi

20 aprel 2021 | 16:00

20 aprel 2021-ci il tarixdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov icra hakimiyyətinin inzibati idarə binasında qəbula yazılmış bir neçə şəhid valideyinini və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək sağlamlığını itirmiş Vətən müharibəsi iştirakçısını qəbul etdi.
Qəbul zamanı icra hakimiyyəti başçısı bildirdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunurlar.
Sonra rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən şəhid valideyinlərinin və qazilərin problemləri dinlənildi. Müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi, şəhid adının əbədiləşdirilməsi, işlə təmin olunma, maddi yardım və digər məsələlər  barədə olmuşdur. Qaldırılan problemlərin bəziləri yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Keçidlər