Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90- cı il dönümü qeyd olundu

02 may 2013 | 15:00

 Lerik Rayon YAP təşkilatı, Lerik Rayon Təhsil şöbəsi və Leytenant Arif Nuriyev adına Lerik şəhər 1 № li texniki fənlər təmayüllü liseyi ile birlikdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı il dönümü qeyd olundu.
       Tədbirdə Rayon İcra Hakimiyyəti Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəlimməmədova da iştirak edirdi.
       Tədbiri giriş sözü ilə liseyin direktoru Respublikanin əməkdar müəllimi Gültəkin Şıxəliyeva açdı.
       Rayon təhsil şöbəsinin məsləhətçisi Mehman Rəcəbov və liseyin direktoru Gültəkin Şıxəliyeva məruzə edərək Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında geniş məlumat verdilər.
       Rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, YAP Lerik Rayon Təşkilatının sədri Elxan Qənbərov, ağsaqqal Özübəy Quliyev ulu öndərin xalqımızın həyatında, dövlətçilik tarixində rolu və yeri haqqında geniş məlumatla çıxış etdilər.
       Sonda liseyin şagirdlərinin ifasında Azərbaycan Respublikasının  dövlət himni səsləndi və şagirdlərin ifasında geniş kompazisiya dinlənildi. Təhsildə fərqlənən liseyin bir qrup müəlliminə, inşa və şeir müsabiqəsində qalib olan şagirdlərə fəxri fərmanlar, tərifnamələr, diplomlar təqdim olundu.

Keçidlər