Şəhid ailələrinə Novruz bayramı münasibəti ilə ərzaq bağlamaları çatdırıldı
20 mart 2021 | 16:00
Novruz bayramı öncəsi Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova və Qarabağ Veteranları Şurasının sədri Veysəl Məlikov Vətən Müharibəsində şəhid olmuş şəxslərin ailələrini ziyarət etmiş, onlara Novruz bayramı ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən ayrılmış ərzaq bağlamaları təqdim etmişlər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.
Novruz bayramı ərəfəsində rayon icra hakimiyyəti tərəfindən Şəhid ailələrinə, Qarabağ əlillərinə və qazilərinə, rayonda yaşayan imkansız ailələrə ümumilikdə 650 ailəyə bayram sovqatı verilmişdir.