Şəhidlərimizin məzarları ziyarət edildi
Novruz bayramı ərəfəsində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Bövşən Bağırov, aparatın məsul əməkdaşları və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələri ilə görüş keçirdilər.
Lerik şəhərində yaşayan şəhid ailələri ilə görüş zamanı R.Bağırov onların problemləri ilə maraqlandı və şəhid ailələri ilə birgə Lerik şəhər qəbiristanlığında dəfn edilmiş şəhidlərimizin, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun və Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun məzarları ziyarət edildi, ruhlarına dualar oxundu.
Həmişə dövlətimizə sədaqəti ilə seçilən leriklilərin müharibə dövründə istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasında öz layiqli töhfələrini verdikləri və onlardan bir çoxunun hərbi əməliyyatlar zamanı şəhid və qazi olduğu vurğulandı. Belə igidlərimizin fədakarlıqları nəticəsində möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində böyük qələbənin qazanıldığı, işğal altında olan torpaqlarımızın azad olunaraq ölkəmizin ərazi bütövlüyünün təmin edildiyi və bu möhtəşəm qələbənin Azərbaycanın böyük siyasi, diplomatik və hərbi uğuru olduğu qeyd olundu.
Ziyarət zamanı şəhid ailələri Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Şuşada, Cıdır düzündə bayram tonqalı qalaması onları bir daha qürurlandırdığını, şəhidlərin qanının yerdə qalmadığını qeyd etdilər. Göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.