Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Xocalıya ədalət beynəlxalq kampaniyası çərçivəsində Lerikdə 613 ədəd ağac əkildi

23 fevral 2021 | 16:00

Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar 23 fevral tarixində Lənkəran-Lerik avtomobil yolunun  Piran kəndi ərazisində və Lerik rayonuna aid olan müxtəlif yerlərində 113-ü sərv, 100-ü girdəyarpaq birgöz, 200-ü göyrüş, 200-ü dəmir ağacı olmaqla, ümumilikdə 613 ağac əkilmişdir. Bu ağaclar Xocalıda erməni terroru nəticəsində soyqırıma məruz qalan şəhidləri simvolizə edir. 
Ağacəkmə kompaniyasında rayonun hüquq mühafizə orqanlarının əməkdaşları,  idarə və  təşkilat kollektivləri, YAP Lerik rayon təşkilatının fəalları və könüllülər iştirak edirdilər. Karantin qaydaları gözlənilməklə əkilən ağaclar suvarılıb və aqrotexniki qulluq göstərilib.

Keçidlər