Lerikdə əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Lerik rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.
Əhalinin vaksinasiya olunması üçün Lerik Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülmüş və lazımi şərait qurulmuşdur.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiya”ya uyğun olaraq ilk mərhələlər üzrə öncə səhiyyə işçiləri və yaşı 65-dən yuxarı olan şəxslərin peyvəndlənməsi aparılmışdır. 18 fevral 2020-ci il tarixdən isə 50 yaşdan yuxarı əhalinin peyvəndlənməsi uğurla davam etdirilir. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.