Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında müşavirə keçirildi

04 fevral 2021 | 16:00

04 fevral 2021-ci il tarixində Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında vaksinasiya tədbirlərinin həyata keçirilməsinə həsr olunmuş müşavirə keçirildi.
Müşavirədə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çox mühüm sosial əhəmiyyət daşıyan vaksinasiya tədbirlərinin həyata keçirilməsindən danışarkən, bununla əlaqədar ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu sahədə həyata keçirilən tədbirləri diqqətə çatdırdı. Bildirdi ki, koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə ilk olaraq 2021-ci il yanvarın 19-dan səhiyyə işçilərinin vaksinləşmə prosesinə start verilib. Mühüm əhəmiyyət daşıyan vaksinasiya prosesi rayonumuzda 20 yanvar 2021-ci il tarixindən başlamışdır. İlk olaraq rayonumuzda da səhiyyə işçilərinin vaksinləşmə prosesi aparılmışdır.
Sonra rayon icra hakimiyyəti başçısı vaksinləşmə prosesinin 08 fevral 2021-ci il tarixindən digər əhali qrupları arasında davam etdiriləcəyini qeyd etdi. Həmçinin yaş qruplarının növbəliyi nəzərə alınmaqla peyvənd olunmaq istəyən şəxslər tərəfindən fevral ayının 5-dən başlayaraq randevu.Its.gov.az internet saytı vasitəsilə onlayn növbə alınmasının təmin edilməlisinin vacibliyini vurğuladı. Bununla əlaqədar ərazilərdə əhali qrupları arasında geniş maarifləndirmə işi aparılmalı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Covid peyvəndi üçün randevu götürülməsi təlimat”ını bütün ərazi nümayəndələrinə çatdırmalı, internetə çıxışı olmayan insanlara köməklik göstərilməsi üçün zəruri tədbirlər görməlidirlər.   
Daha sonra rayon icra hakimiyyətinin başçısı R.Bağırov aidiyyəti şəxslərə  COVİD-19 pandemiyası ilə əlaqədar kütləvi vaksinasiyaya hazırlıqla bağlı yerlərdə əhali arasında düzgün izahat işlərinin aparılması, əhali kateqoriyalarının daha diqqətlə öyrənilməsi və rayon ərazisində yaşayan tənha şəxslərin müəyyənləşdirilərək bu kompaniyaya cəlb edilməsinə hərtərəfli köməklik göstərilməsi haqda öz tapşırıq və  tövsiyələrini verdi.

Keçidlər