Lerikdə 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anıldı
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Həmişə dövlətə və dövlətçiliyə sadiq olan leriklilər qan yaddaşımıza əbədi həkk olunmuş özündə faciə və qəhrəmanlığı ehtiva edən 1990-cı ilin 20 Yanvar hadisələrini daim anırlar.
20 yanvar 2021-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, icra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq məsafə saxlamaqla 20 Yanvar Şəhidlərinə ehtiramlarını bildirmək üçün “Şəhidlər” abidə kompleksinin önündə tər çiçəklər düzməklə hörmətlə xatirələrini yad etdilər.