Lerik Rayon İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilmişdir
Aprelin 26-da Çernobıl faciəsinin ildönümü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən əlillərə yüksək dövlət qayğısının göstərildiyini qeyd etmişdir. Bu kateqoriyadan olan insanların sosial məişət və mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlərin görüldüyünü qeyd etdi. Çernobıl qəzası iştirakçıları və zərərçəkmiş şəxslərin statusu və sosial müdafiəsi sahəsində rayonumuzda da bir sıra işlərin həyata keçirildiyini bildirdi. Qeyd olundu ki, Lerik rayonunda 6 nəfər Çernobıl qəzası iştirakçısı və zərərçəkmiş şəxs yaşayır. Cənab Prezidentin tapşırığı ilə bütün kateqoriyadan olan əlillərin, o cümlədən Çernobıl əlillərinin problemlərinin həllinə diqqət göstərildiyini bildirən rayon icra hakimiyyəti başçısı hər an onların problemlərinin həllinə səylə çalışdıqlarını qeyd etdi.
Çernobıl əlililləri Mirzəhüseyn Məmmədov, Bəxtiyar Şiriyev, Sariddin Tarverdiyev çıxış edərək rayon rəhbərliyinin təşəbbüsü ilə hər il onlarla görüşün keçirilməsini müsbət qiymətləndirərək minnətdarlıqlarını bildirdilər.
Sonda rayon icra hakimiyyəti başçısı tərəfindən rayonda yaşayan 6 nəfər Çernobıl əlilinə maddi yardım göstərildi.