Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Daha iki kəndimizə mavi qaz verildi

23 dekabr 2020 | 16:00

23 dekabr 2020-ci il tarixdə Kıncvo və Sipyəreğon kəndlərinə mavi qazın verilməsi təmin edildi.
Sipyəreğon kəndində rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov kənd ictimaiyyətinin nümayəndələri görüşərək öncə kənd sakinlərini salamladı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış Zəfər bayramı, qarşıdan gələn bayramlar və təbii qazın verilməsi münasibəti ilə təbrik etdi. Qəbul edilmiş Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da geniş quruculuq-abadıq işlərindən söhbət açdı və Kıncvo (37 abonent), Sipyəreğon (48 abonent) kəndlərinə mavi qazın verilməsi bunun bariz nümunəsi olduğunu bildirdi. Gələcəkdə rayonumuzun digər kəndlərinə də mavi qaz xətlərinin çəkilməsinin Dövlət Proqramında nəzərdə tutulduğunu, növbəlik əsasında qazlaşmanın davam edəcəyini diqqətə çatdırdı. Belə sosialyönümlü layihələrin reallaşması cənab Prezident respublikamızın hər bir bölgəsinə xüsusi qayğı və diqqət göstərdiyini bir daha sübut edir. Bu qayğı və diqqətə görə cənab Prezidentə və rayonumuzda bütün bu işlərin həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.
“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayevdə kənd sakinlərini qarşıdan gələn bayramlar və kəndə mavi qazın verilməsi münasibəti ilə təbrik etdi. Yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatla istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini çatdırdı. 
Kıncvo kənd sakini Məmmədov Cabirəli kənd sakinləri adından möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdi.

Keçidlər