Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lerikdə qanvermə aksiyası keçirilmişdir
2013-cü il aprelin 26-da Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lerik Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərinə həsr olunmuş qanvermə aksiyası keçirilmişdir.
Rayonda keçirilən humanitar tədbirdə Mərkəzi Qan Bankının əməkdaşlarından ibarət həkim briqadası 165 nəfərdən qan götürmüşdür.
Aksiyanın məqsədi toplanan qanın talassemiyalı, hemofiliyalı xəstələrə, doğuş zamanı çoxlu qan itirən hamilə qadınlara, eləcə də bədbəxt hadisələr zamanı ehtiyacı olan xəstələrə köçürməkdir. Əldə olunan qan ehtiyatı Bakı şəhərində müayinə olunduqdan sonra Mərkəzi Qan Bankına təhvil veriləcəkdir