Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə alaqədar küçə və obyektərdə növbəti reyd keçirildi
25-26 noyabr 2020-ci il tarixlərində Lerik Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılmış operativ qərargahın üzvləri koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Lerik şəhərində və rayonun müxtəlif ərazilərində reydlər keçirmişdir.
Reyd zamanı rayon icra hakimiyyətinin başçısının birinci müavini şəhərin küçə və meydanlarında, marketlərdə vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edərək, onların qayğı və problemləri ilə maraqlanmış, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə tanış olmuşdur. Koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün zəruri tədbirlərin vaxtında görüldüyünü vətəndaşların diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, hər bir vətəndaşın müəyyən edilmiş tələblərə və qaydalara ciddi şəkildə əməl etməsi, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunması, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsi mütləq vacibdir. Tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri bütün bunlara riayət etməyə çağırıb.
Reyd zamanı 155-ə yaxın iaşə, bank, yanacaqdoldurma məntəqəsi və ticarət obyektləri yoxlanılmışdır. Karantin qaydalarına riayət etməyən bir neçə obyekt sahiblərinə və rayon sakinlərinə xəbərdarlıq edilmişdir.