Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır

19 noyabr 2020 | 16:00

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri zamanı Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun təməlqoyma mərasiminin keçirilməsi və həmin yolun tikintisinə dair Prezident Sərəncamı Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Şuşaya avtomobil yolu çəkilir. Bu, böyük quruculuq işlərinin ilk layihəsidir.
İşğala məruz qalmış yaşayış məntəqələrində düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işlər planlı şəkildə aparılacaq. İlk növbədə, ziyan hesablanacaq, onun dəqiq uçotu aparılacaq, ondan sonra bərpa-yenidənqurma işləri görüləcəkdir. Düşmən mütləq məsuliyyət daşımalıdır. Rəsmi İrəvan törətdiyi vandalizmə görə cavab verməlidir. İnsaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir.
Bütün dünya erməni vandalizm aktlarının şahididir. Mənfur düşmən vəhşiliklər törədir: evləri və məktəbləri yandırır, ağacları və elektrik xətlərini qırır. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir.
Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Prezident Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı qeyd etdi ki, işğal edilmiş bütün ərazilərdə düşmən evləri dağıdıb, bütün infrastrukturu dağıdıb, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Onlar hər şeyi dağıdıb, talan edib, Azərbaycanın mədəni, tarixi, dini irsi silmək istəyib.
Qarabağa həyat qayıdacaqdır. Prezident qeyd etdi ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.
Azərbaycan xalqı öz multikultural dəyərlərini yaşadacaq və tolerant inanclarına sadiq qalacaqdır. Vahid Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi dövlətdir. Azərbaycanda bütün vətəndaşlar, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq.

Keçidlər