Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyətində qərargahın iclası keçirildi

17 noyabr 2020 | 16:00

17 noyabr 2020-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətində Operativ Qərargahın növbəti iclası keçirildi.
İclasda çıxış edən, rayon icra hakimiyyətinin başçısı, qərargahın sədri Rövşən Bağırov qərargah üzvlərini cənab Ali Baş komandanın rəhbərliyi altında müzəffər ordumuzun qazandığı qələbə münasibəti ilə təbrik etdi.
Sonra COVID-19 infeksiyası ilə bağlı rayondakı mövcud sanitar-epidemioloji vəziyyət ilə əlaqədar rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi. Bildirdi ki, son günlər respublikada olduğu kimi rayonumuzda da yoluxma halları artmışdır və bu bizi çox narahat edir. Əhali arasında maarifləndirmə işini daha da genişləndirərək qoruyucu vasitələrdən istifadə etməklə ictimai yerlərdə, idarə, müəssisə və təşkilatlarda, iaşə obyektlərində, dükan və mağazalarda, küçə və meydanlarda sosial məsafəni gözləməklə xalqımızı bu bəladan xilas edə bilərik. Bundan ötrü də ərazi icra nümayəndələri mütəmadi reydlər təşkil etməli, Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq rayon icra hakimiyyəti başçısı yanında qərargah üzlərinin iştirakı ilə qida məhsullarının ticarəti ilə məşğul olan marketlərdə, ictimai-iaşə obyektlərində və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmalıdırlar.
İclasda qərargah üzvlərindən rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lerik şəhər ərazi icra nümayəndəsi Ramal Məstiyev, Lerik Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Məqsud Ağayev və rayon gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Abidin Alışanov çıxış edərək mövcud vəziyyət barədə məlumat verərək görüləcək işləri qeyd etdilər.
Sonda rayon icra hakimiyyətinin başçısı qərargah üzvlərinə əhali arasında, fəaliyyət göstərən sahibkarlıq subyektlərin rəhbərləri ilə sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə riayət olunması barədə maarifləndirici işlərin, eləcə də rayon ərazisində çoxmənzilli yaşayış binalarında və onların həyətlərində, küçə və yollarda, qeyri-yaşayış obyektlərində, avtomobil dayanacaqlarında, ödəniş terminalları və bankomatlarda dezinfeksiya işlərinin və profilaktik tədbirlərin davam etdirilməsinə dair müvafiq tapşırıqlarını verdi. Bütün yaşayış məntəqələrində dəfn mərasimlərində kütləvi toplanmanın, yas mərasimlərinin keçirilməsinin qarşısının alınması üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd etdi. Rayonumuzda koronavirus infeksiyasına yoluxmuş hal-hazırda evdə həkim nəzarəti altında müalicə alan vətəndaşların və onların ailə üzvlərinin tam izoliyazasiya edilməsini, ərazi icra nümayəndələri, polis əməkdaşları və mobil qrup üzvləri tərəfindən daim nəzarətdə saxlanılmasını, onlarla gün ərzində ən azı 4-5 dəfə telefon əlaqəsi saxlanılmaqla, evlərini tərk etməmələri üçün lazımı ehtiyaclarının mobil qruplar vasitəsi ilə təmin olunmasın tapşırdı.

Keçidlər