Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Gənc nəslin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilmişdir

21 aprel 2013 | 15:00

19 aprel 2013-cü il tarixdə Lerik Rayon Heydər Əliyev mərkəzində “Gənc nəslin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda  Lerik Rayon Məşğulluq Mərkəzində peşəyönümü məsləhətlərinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Heydər Əliyev şəxsiyyətinin gənc nəslin formalaşmasında rolu barədə geniş məlumat verilməklə gənclərin şüurla, yaradıcı əməyə hazırlanması, düzgün peşə seçiminə istiqamətləndirilməsi və onların gələcəkdə məşğulluğunun təmin olunmasının mühüm əhəmiyyət kəsb etməsi qeyd edilmiş və yuxarı sinif şagirdlərinə əmək bazarında olan mövcud vəziyyət barədə ətraflı izahat işləri verilmişdir.
       Konfransa rayon icra hakimiyyətinin məsul işçisi- “Məşğulluğu Kömək Göstərən Əlaqələndirmə Komitəsi”nin üzvü, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lerik Rayon Komitəsinin sədri Vüqar Mirzəyev, rayon təhsil şöbəsinin məsul işçisi Mehman Rəcəbov, rayon peşə məktəbinin direktoru Hüseynbala Əliyev, Məşğulluq Mərkəzinin direktoru Zəfər İsmayılov, mərkəzin kollektivi, orta məktəblərin direktor və psixoloqları, valideynlər və yuxarı sinif şagirdləri iştirak etmişlər. Mərkəzin direktoru Zəfər İsmayılov, rayon peşə məktəbinin direktoru Hüseynbala Əliyev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lerik Rayon Komitəsinin sədri Vüqar Mirzəyev və rayon təhsil şöbəsinin məsul işçisi Mehman Rəcəbov mövzu ətrafinda geniş çıxışlar etmişlər. Aidiyyəti üzrə suallar cavablandırılmışdır
 

Keçidlər