Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi-praktik konfrans keçirildi

10 aprel 2013 | 15:00

09 aprel 2013-cü ildə Heydər Əliyev Mərkəzində Lerik rayon Gənclər və İdman idarəsi, Yeni Azərbaycan Partiyası Lerik rayon Gənclər təşkilatı və rayon gənclərinin iştirakı ilə Konfransı keçirildi.
      Konfransı giriş sözü ilə gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov açdı. O, Ümummilli Lider Heydər Əliyevin gənclər və idman sahəsində gördüyü işlərdən, ölkənin inkişafından danışdı.
     Sonra məruzələr dinlənildi. Məruzələrdə Rövşən Rüstəmov “Heydər Əliyev Azərbaycan gənclərinin həyatında rolu” mövzusunda, YAP Lerik rayon gənclər birliyinin idarə heyətinin üzvü Enurə Hadıyeva “Gənclərin Yeni Azərbaycan Partiyası sıralarında təşkilatlanmasında Heydər Əliyevin rolu” mövzusunda, gənclər və idman idarəsinin rəis müavini Natiq İsaqov “Azərbaycanda idmanın inkişafında Heydər Əliyev faktı” mövzusunda çıxış etdilər.
    Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova yekun sözü söylədi.
 

Keçidlər