Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

7 oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş “Aqrar sahədə Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilib

07 oktyabr 2022 | 20:27

Lerik rayonu, Relax İstirahət Mərkəzində  7 oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş “Aqrar sahədə Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilib.

Konfransda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və  Lerik rayonundan olan fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qonaqları və tədbir iştirakçılarını salamlayıb və konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd aqrar sahədə çalışan əməkdaşların maarifləndirilməsi habelə, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsidir.

Konfransda “Layiqli əmək və iqtisadi artım” Dayanıqlı inkişaf məqsədlərinin bir aspekti kimi, Dayanıqlı İnkişaf Məqsədləri “Keyfiyyətli Təhsil”, “Aqrar xidmətlər sahəsində işçilərin əməyinin təhlükəsizliyi” və digər mövzularda çıxışlar olub.

Sonda rayonda fəaliyyət göstərən bir neçə müəsissəyə Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar təqdim edilib.

Keçidlər