Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilmiş Siyov kənd tam orta məktəbinin istifadəyə verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb oldu
Siyov kənd məktəbi 1923-cü ildə ibtidai məktəb kimi fəaliyyət göstərib. 1928-ci ildə məktəb üçün Akuşəpeştə kəndində bina tikilib. 1933-cü ildə 7 illik məktəb kimi fəaliyyət göstərib. 1950-ci ildən orta məktəb statusunu alıb. 1987-ci ildə Siyov kəndində fin binası formasında yeni məktəb tikilib və məktəb Siyov kəndinə köçürülüb.
Kənddə Heydər Əliyev Fondu tərəfindən yeni 180 şagird yerlik məktəb binasının inşasına 2019-cu ilin sonlarında başlanıb və tikinti işləri 2020-ci ilin iyul ayında yekunlaşdırılıb. İkimərtəbəli bina iki korpusdan ibarətdir.
Məktəb zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəb binasında 11 sinif otağı, fizika, kimya laboratoriyaları, 1 informatika otağı, hərbi təlim otağı, tibb otağı, əmək təlimi otaqları, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası da var.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.