Rayonun məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin başlanması ilə əlaqədar təmizlik və dezinfeksiya işləri görülür
Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin yumşaldılmasından sonra Lerik rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin başlanması üçün hazırlıq işləri davam etdirilir.
Koronavirus (COVİD-19) pandemiyası dövrü ərzində bağçaların hər birində karantin rejiminin qaydalarına əməl edilərək bütün təmizlik abadlıq işləri görülüb, bağçaların daxili və həyətyanı sahələri təmizlənərək təlim-tərbiyə prosesinin başlanması üçün hazır vəziyyətə gətirilib. Hal-hazırda təmizlik və dezinfeksiya işləri davam etdirilir.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun tapşırığı ilə bütün Lerik rayonu üzrə körpələr evi-uşaq bağçaları bütün profilaktik tədbirlər görülür. Lerik şəhər 1 saylı, 2 saylı körpələr evi-uşaq bağçaları, Siyov, Hamarat, Piran kənd uşaq bağçalarında təmizlik və dezinfeksiya tədbirləri tamamilə başa çatdırılıb. Rayonun digər məktəbəqədər təhsil müəssisələrində isə təmizlik və dezinfeksiya tədbirləri davam etdirilir.