Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

31 Mart Azərbaycanlıların Soyqırımı Günü Lerik rayonunda qeyd edilmişdir.

31 mart 2013 | 16:00

30 mart 2012-ci il tarixdə Lerik rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 31 Mart Soyqırımı haqqında ətraflı məlumat verərək bildirdi ki, 95 il əvvəl –  martın 31-dən aprelin 2 dək Bakı şəhərində hakimiyyətdə olan daşnak-bolşevik qüvvələri tərəfindən azərbaycanlılara qarşı soyqırımı törədilmişdir. Lakin uzun müddət bu hadisələr tarixi saxtakarlığa məruz qalmışdır.
1918-ci ilin mart qırğınları ermənilərin  azərbaycanlılara qarşı törətdikləri soyqırım aktlarına ilk  siyasi hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “1948-1953-cü il illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli 656 nömrəli və “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların-soyqırımılarının rəsmən adı çəkilmiş, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmış, davakar erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Bu Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü élan edildi.
Tədbirdə rayon İcra hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova məruzə ilə çıxış edərək qeyd etdi ki, xalqımıza qarşı XX əsrin əvvəllərində iki dəfə soyqırımı siyasətinin həyata keçirilməsinə baxmayaraq, başımıza açılan müsibətləri yazmaq Sovet dönəmində qadağan edilmiş, gənclərimiz öz yaxın keçmişində baş vermiş faciələri öyrənə bilməmişdi, başqa sözlə desək, soykökümüzə, ərazimizə, torpaqlarımıza, tariximizə qarşı çevrilmiş bu faciədən süni surətdə məhrum olmuşdu. Son illərin demokratik işığı soykökümüzə qarşı çevrilmiş bu mənfur siyasətin acı həqiqətləri üzərinə öz ziyasını saldı, mətbuat səhifələrində 1905 və 1918-ci illərdə olmuş qırğınlar barədə yazılar görünməyə başladı. Bu soyqırımlarını dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırmaqda Heydər Əliyev Fondunun həyata keçirdiyi çox mühüm layihələrin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə bütün imkanlarımızdan istifadənin vacibliyini bird daha qeyd etdi.
YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, rayon veteranlar şurasının sədri Hidayət Bəşirov, rayon texniki peşə məktəbinin direktoru Hüseynbala Əliyev tədbirdə çıxış etmişlər.

Keçidlər