Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

mediapost.az saytında İcra Hakimiyyəti “1 manatlıq” şirkətə milyonluq tender verdi başlıqla yayılan məqalədə yazılanlar həqiqəti əks etdirmir

14 avqust 2020 | 16:00

“Elnur-2” Universal İstehsalat Kommersiya şirkəti 11.02.1994-cü ildə rəsmi dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda 26 ildən yuxarıdır ki, fəaliyyət göstərir. Şirkətin son bir ildəki bank dövriyyəsi barədə rəsmi məlumata əsasən 6 milyondan yuxarı manatla, 180 mindən yuxarı USD ilə debet dövriyyəsi mövcud olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası "Satınalmalar haqqında" Qanununa əsasən 05 avqust 2020-ci il tarixdə Lerik rayon İcra Hakimiyyəti tərəfindən “Lerik şəhərinin avtomobil yollarının əsaslı təmiri” və Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən “Lerik şəhərində abadlaşdırma işlərinin yerinə yetirilməsi” ilə əlaqədar keçirilən açıq tender prosedurları tam elektronlaşdırılmış qaydada aparılmışdır. Prosedurlarda hər hansı bir kənarlaşma olmadığı üçün prosseslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən dayandırılmamışdır. Şirkətin tender təklifinin zəmanətini təqdim etməsi yazılan məlumatın tamamilə əsassız olduğunu göstərir ki, bu da tender prosedurunun keçirilməsi üçün əsas meyarlardan biridir. Şirkətin maddi-texniki bazasına və ixtisas uyğunluğuna nəzər saldıqda görürük ki, şirkət tamamilə ixtisaslaşmış və kifayət qədər təcrübəsi olan şirkətdir. İşçi sayı, balansında olan texnikaların mövcudluğu və təqdim etdiyi sənədlərin doğruluğu şirkətlə müqavilə bağlamağa əsas verir.

Keçidlər