Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyətində rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri və qərargahın üzvləri ilə videokonfrans keçirilmişdir

10 avqust 2020 | 16:00

Videkonfrans vasitəsi ilə keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 08 avqust 2020-ci il tarixdə Prezident cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirilmiş iclasda koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət müzakirə edilmiş və rayon icra hakimiyyəti başçılarına əhali arasında yoluxmanın qarşısının alınması üçün qarşıda duran vəzifələrlə bağlı verilən tapşırıq və tövsiyələri diqqətə çatdırdı. Bildirdi ki, son aylarda respublikada yoluxma halları azalsa da avqust ayının əvvəllərində rayonumuzda bir neçə yoluxma olmuş və bu bizi çox narahat edir. Konfransda iştirak edən idarə müəssisə və təşkilat rəhbərləri, ərazi icra nümayəndələri hamı bir nəfər kimi Operativ Qərargahın tövsiyələrinə əməl etməli, əməkdaşlarınız qaydalara riayət etməklə nümunə göstərməlidirlər. Əhali arasında maarifləndirmə işini daha da genişləndirərək qoruyucu vasitələrdən istifadə etməklə ictimai yerlərdə, idarə, müəssisə və təşkilatlarda, iaşə obyektlərində, dükan və mağazalarda, küçə və meydanlarda sosial məsafəni gözləməklə xalqımızı bu bəladan xilas edə bilərik. Bundan ötrü də ərazi icra nümayəndələri mütəmadi reydlər təşkil etməli, Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq rayon icra hakimiyyəti başçısı yanında qərargah üzlərinin iştirakı ilə qida məhsullarının ticarəti ilə məşğul olan marketlərdə, ictimai-iaşə obyektlərində və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmalıdırlar.
Müşavirədə qərargahın sədri R.Bağırov karantin dövründə rayonda görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verdi.
Sonda rayon icra hakimiyyətinin başçısı qərargah üzvlərinə əhali arasında, fəaliyyət göstərən sahibkarlıq subyektlərin rəhbərləri ilə sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə riayət olunması barədə maarifləndirici işlərin, eləcə də rayon ərazisində çoxmənzilli yaşayış binalarında və onların həyətlərində, küçə və yollarda, qeyri-yaşayış obyektlərində, avtomobil dayanacaqlarında, ödəniş terminalları və bankomatlarda dezinfeksiya işlərinin və profilaktik tədbirlərin davam etdirilməsinə dair müvafiq tapşırıqlarını verdi. Rayonumuzda koronavirus infeksiyasına yoluxmuş hal-hazırda evdə həkim nəzarəti altında müalicə alan 9 vətəndaşın olduğunu qeyd edən icra hakimiyyəti başçısı həmin vətəndaşların və onların ailə üzvlərinin tam izoliyazasiya edilməsini, ərazi icra nümayəndələri, polis əməkdaşları və mobil qrup üzvləri tərəfindən daim nəzarətdə saxlanılmasını, onlarla gün ərzində ən azı 4-5 dəfə telefon əlaqəsi saxlanılmaqla, evlərini tərk etməmələri üçün lazımı ehtiyaclarının mobil qruplar vasitəsi ilə təmin olunmasın tapşırdı.

Keçidlər