Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilmişdir

19 mart 2013 | 16:00

2013-cü il martın 18-də Lerik Rayon İcra Hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, təşkilat və müəssisələrin əməkdaşlarının, ağsaqqalların, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayon mədəniyyət evinin qarşısındakı meydanda Novruz bayramı ümumrayon şənliyi keçirilmişdir.
Tədbir musiqi sədaları altında bayram tonqalının alovlandırılması ilə başlanmışdır. Bayram tonqalı ətrafında rayon mədəniyyət evinin və kənd mədəniyyət evlərinin rəqs ansamblları üzvləri tərəfindən Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar nümayiş etdirildi.
Tədbir rayon mədəniyyət evində konsert proqramı ilə davam etdirildi.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını və rayon əhalisini bayram münasibəti ilə təbrik etdi, ötən Novruz bayramından bəri rayonda görülmüş tikinti-quruculuq işlərini, əldə olunan nailiyyətləri qeyd etdi. Bildirdi ki, bu gün ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu icrasının nəticəsidir ki, Azərbaycan dinamik inkişaf edərək dünyaya inteqrasiya olunur, regionlarımız sürətlə inkişaf edir, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində tədbirlər həyata keçirilir. Məhz bu diqqətin nəticəsidir ki, Novruz bayramı BMT-nin qərarı ilə beynəlxalq bayramlar siyahısına daxil edilmişdir.
Ötən Novruz bayramından keçən bir il rayonumuz üçün də uğurlu və yaddaqalan olmuşdur. Lerik rayonu gündən-günə inkişaf edir, gözəlləşir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə Lerik şəhərində və ərazilərdə tikinti-quruculuq, abadlıq işləri davam etdirilmiş, 3 həkim məntəqəsi, 28 yeni məktəb binasının tikintisi başa çatdırılmış, daha 7 kənddə yeni məktəb binalarının tikintisi davam etdirilir. 2012-ci ildə 11 kəndə, bu il bayram ərəfəsində 3 kəndə mavi yanacağın verilməsi təmin edilmiş, digər 17 yaşayış məntəqələrinə də qaz xəttinin çəkilməsi və 17 meqavat gücündə modul tipli elektrik stansiyasının tikintisində işlər sürətlə aparılır. Lerik şəhər əhalisinin içməli su probleminin həlli məqsədi ilə yeni su xəttinin, eyni zamanda kanalizasiya şəbəkəsinin tikintisində işlər tamamlanmaq üzrədir. Bundan sonra da əhalinin həyat sosial rifah halının yaxşılaşdırılması, tikinti-quruculuq işlərinin daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Sonra rayonun musiqi kollektivlərinin ifasında rəngarəng musiqi nömrələri səsləndirildi.
Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir. Yarmarkada 100-dən çox rayon sahibkarı müxtəlif çeşiddə məsulları ilə iştirak etmişlər. Bayram ərəfəsində təşkil olunan yarmarkanın məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.
Rayon icra hakimiyyəti başçısı tərəfindən 600-dən çox, şəhid, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri və imkansız ailələrə bayram sovqatı verildi.

Keçidlər