Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Barzavu, Şinəband və Rəzgov kəndlərinə mavi qazın verilməsi ilə bağlı Barzavu kəndində açılış mərasimi keçirilmişdir.

16 mart 2013 | 16:00

15 mart 2013-cü il tarixində rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin tikinti departamentinin rəis müavini Fuad Şükürov, “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqə departamentinin rəisi Araz Ağayevin  və rayonun idarə rəhbərlərinin, ziyalıların və kənd ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Barzavu kəndində 3 kəndə mavi qazın verilməsinə həsr olunmuş açılış mərasimi keçirilmişdir. Giriş sözü ilə rayon icra hakimiyyəti başçısı aparatının sektor müdiri Əlipənah Bayramov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində son illər  mühüm nailiyyətlər əldə edilir. Dövlət Proqramlarının və genişmiqyaslı layihələrin davam etdirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrimiz simasını dəyişmiş, müasirləşmiş, əhalinin rifah halı daha da  yüksəlmişdir.
Məhz bu inkişafın nəticəsidir ki, bu gün kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur. İşsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Son illər rayonumuzun ən ucqar kəndlərində 35 məktəb binası, 3 həkim məntəqəsi tikilib istifadəyə verilmişdir. Barzavu kəndində də 180 şagird yerlik məktəb binası 2012-ci ildə istifadəyə verilmişdir. Bu gün 200 abonenti olan 3 kəndə mavi qaz veriləcəkdir. Bununla qaz alan kəndlərimizin sayı 14 çatacaqdır.  Novruz bayramı ərəfəsində əhalimizə  bayram sevinci bəxş etdiyinə görə Cənab Prezidentə minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, Azərbaycan qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm qələbələr əldə edəcəkdir.
Daha sonra “Azəriqaz” İstehsalat Birliyinin tikinti departamentinin rəis müavini Fuad Şükürov, kəndlərə qazın çəkilişini həyata keçirən “Kaspi Yıldız” şirkətinin məsul əməkdaşı Çingiz Məmmədov çıxış edərək kənd sakinlərini təbrik etdilər. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti ilə Respublikamızda əldə olunan uğurları diqqətə çatdırdılar. Hazırda daha 17 kənddə qazlaşdırma işlərinin sürətlə aparıldığını qeyd etdilər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev çıxış edərək kənd sakinlərini mavi qazın verilməsi və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi. İlk dəfə cənab İlham Əliyevin tapşırığı ilə qısa vaxt ərzində 2006-cı ildə Lerik şəhərinə qaz xəttinin çəkildiyini , ötən illərdə 11 kəndə və bu gün daha 3 kəndə mavi qazın verildiyini, 17  kənddə qazlaşdırma işlərinin sürətlə aparıldığını bildirdi. Son illər ölkə Prezidentinin qayğı və diqqəti, Dövlət Neft Şirkətinin rəhbərliyinin, Milli Məclisin üzvü İqbal Məmmədovun köməkliyi ilə rayonda aparılan tikinti-quruculuq işlərinin əhalimiz tərəfindən razılıqla qarşılandığını vurğuladı.
Sonra Barzavu kənd sakini Əflatun Həsənov çıxış edərək kənd sakinləri adından minnətdarlıqlarını bildirdi. Son illər ölkə başçısının, rayon rəhbərliyinin qayğı və diqqəti ilə Barzavu kəndində istifadəyə verilən yeni məktəb binası və həkim məntəqəsinin tikintisi ilə əlaqədar minnətdarlığını ifadə etdi. Novruz bayramı günlərində kəndə mavi qazın verilməsinin əhalinin sevincinə səbəb olduğunu bildirdi və kənd əhalisini təbrik etdi.
Rəmzi açılışı bildirən məşəl alovlandırıldı.

Keçidlər