Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

20 may 2020 | 16:00

Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əmək haqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
2019-cu ildə rayon ərazisində işaxtaran əhali qrupu ilə bağlanmış əmək müqavilələrinin sayı 500 nəfərdən çox olmuş, bundan 50 nəfərdən özəl sektorun payına düşmüşdür. 2020-ci ilin 19 may tarixinə isə işaxtaran şəxslərlə bağlanmış əmək müqavilələrinin sayı 224 nəfər olmuşdur.  Bundan, koronovirus pandemiyası (COVİD-19) dövründə dizinfeksiya işlərinə və 65 yaşdan yuxarı şəxslərə xidmət göstərmək üçün “İşsizin Dostu” proqramı çərçivəsində rayon ərazisində 150 nəfərdən çox rayon sakini sosial işçi kimi işə cəlb edilmişdir. İctimai işlərə cəlb edilmiş vətəndaşların plastik əmək haqqı kartları müvəkkil banklar tərəfindən hər bir vətəndaşın şəxsən özünə təqdim edilməsi həyata keçirilir. 2020-ci ilin birinci rübündə pandemiya ilə əlaqədar özünüməşğulluq proqramı çərçivəsində təlimlərə rayon sakinləri cəlb edilməmiş, pandemiya dövrü bitdikdən sonra təlimlərin keçirilməsi və aktivlərin verilməsi davam etdiriləcəkdir.
Cari ilin aprel ayının 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasdakı çıxışında ödənişli ictimai işlərə də to¬xundu. İlin əvvəlində 37 min ödənişli iş yerinin yaradılma¬sı nəzərdə tutulduğuna bax¬mayaraq, pandemiyaya görə bunların sayı 50 minə çatıb. Çünki karantin rejiminə uy¬ğun olaraq bəzi müəssisələr fəaliyyətini dayandırdı və bu da işsizlərin sayını artırdı. Buna görə də Prezident bölgələrdə tələbat yaranarsa, bu çətin dövr ərzində insan¬ların müxtəlif işlərlə təmin edilməsinə diqqət artırmağı tapşırdı. Bundan əlavə 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. O cümlədən, Lerik rayonu ərazisində aprel ayında 3000 nəfərdən çox sakinə “Azərpoçt” MMC-nin Lerik Filialı tərəfindən 190 manat birdəfəlik müavinət verilmiş, həmin 190 manat birdəfəlik müavinət alan vətəndaşlara müvafiq banklar tərəfindən may ayı üçün müavinətlərin plastik kartlarla verilməsi həyata keçirilir.
Xüsusi karantin rejimi ilə əlaqədar Heydər Əliyev Fondu və digər təşkilatlardan göndərilmiş 4 minə yaxın ərzaq bağlamaları ehtiyacı olan imkansız ailələrə çatdırılmışdır.
Əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, cari ilin aprel ayı daxil olmaqla rayon ərazisində yaşayan 601 ailə (2437 ailə üzvü) də bu proqrama cəlb edilmişdir. Digər tərəfdən rayonda pensiya, müavinət və təqaüd alan 11296 şəxsə ödənişlərin davamlılığı təmin edilir.

Keçidlər