Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikli könüllülərin fəaliyyəti rayon əhalisi tərəfindən yüksək qiymətləndirilir

18 may 2020 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq Lerik Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Lerik rayonu ərazisində könüllü qruplar yaradılmışdır və öz fəaliyyətini davam etdirməkdədir.
Yeni növ (COVİD 19) koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatı tərəfindən rayonun bütün yaşayış məntəqələrini əhatə edən ərazilərdə könüllülər qrupu yaradılmışdır. Bu qruplar istər Lerik şəhəri ərazisində, istərsə də rayonun digər yaşayış məntəqələrində yaşayan tənha  və 65 yaşdan yuxarı vətəndaşları, aztəminatlı ailələri nəzarətdə saxlamış, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərmişdir.
Rayon ərazisində yaradılmış könüllü qruplar tərəfindən yüzlərlə tənha ahıllara, aztəminatlı və  şəhid ailələrinə, fiziki məhdudiyyəti olan şəxslərə baş çəkmiş, onlara ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamalar, tibbi ləvazimatlar çatdırılmışdır. Ümumilikdə, rayon üzrə 184 nəfər könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 2 mindən yuxarı ailəyə dəstək göstərilməsində iştirak etmişdir.
“Könüllü Qonşu” aksiyası çərçivəsində tənha-ahıl, yaşı 65 dən yuxarı olan vətəndaşlara könüllülər tərəfindən əlaqə nömrələri paylanılmış, bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına, kommunal ödənişlərin və bank xidmətlərinin həyata keçirilməsinə köməklik göstərmişlər.
Lerik Rayon İcra Hakimiyyətinin, polis və gənclərdən ibarət “Mobil qrup” yaradılmış və 152 nəfər könüllü bu qrupa qoşulmuşdur. Gündəlik olaraq tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin və yaşı 65-dən çox olan vətəndaşlarla mütəmadi əlaqə saxlanılmış və onların problemlərinin həlli qarşılanmışdır. Həmçinin könüllülər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərar və sərəncamların əhaliyə çatdırılması məqsədi ilə dükanların, çoxmənzilli binaların divarlarına yapışdırılması təmin edilmiş, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak etmişlər.
Karantinin davam etdirilməsi nəzərə alınaraq könüllülər tərəfindən əhali arasında maarifləndirmə işləri davam etdirilir.

Keçidlər